Hüquqi təminata dair xidmətlər
Şirkətlərin fəaliyyətlərinin səmərəli, maneəsiz və eyni zamanda qanunvericiliyə uyğun şəkildə aparılması üçün hüquqi təminat istiqamətində aşağıdakı həlləri həm kompleks olaraq, həm də ayrı-ayrılıqda təklif edirik.
Korporativ Hüquqi Təminat
Hüquqi şəxslərin, nümayəndəlik və filialların təsis, yenidəntəşkil və ləğv edilməsi
Hüquqi şəxslər üçün bank hesablarının açılmasında dəstək
Xarici dövlətlərdə hüquqi şəxslərin qeydiyyatı
Zəruri icazə və lisenziyaların alınmasında hüquqi dəstək
Əmtəə nişanları, patent, müəlliflik hüquqların qeydiyyatı
Hüquqi Sənədləşmənin Təşkili
Hüquqi şəxslərin fəaliyyətini tənzimləyən müxtəlif daxili sənədlərin (əmrlər, qaydalar, əsasnamələr və sair) hazırlanması və ekspertizası
Müxtəlif növ müqavilələrin tərtibatı və ekspertizası (azərbaycan, rus, ingilis dillərində)
Müxtəlif hüquqi sənədlərin notarial tərcümə və təsdiq edilməsi, apostil və leqallaşmasının təmin edilməsi
Digər sənədlərin (məktub, akt, etibarnamə və sair) hazırlanması
Müxtəlif notarial əməliyyatların notariat ofislərində və notariat ofislərindən kənarda həyata keçirilməsinin təmini
Əmək Münasibətlərinin Hüquqi Təminatı
Əmək və tam maddi məsuliyyət müqavilələrinin tərtibatı
Kollektiv müqavilənin hazırlanması
Əcnəbi işçilərin əmək fəaliyyəti üçün zəruri icazələrin (iş və yaşamaq) alınması
Əmək mübahisələrinin məhkəmədən kənar həlli
Əməyin mühafizəsinin hüquqi və təşkilati-texniki tənzimlənməsi;