Skip to content

Haqqımızda

Applied Management Solutions by EA (AMS) olaraq şirkətlərə, insan resursları həlləri, təşkilati inkişaf, hedhantinq və təlim/inkişaf kimi xidmətləri təklif edirik. AMS şirkəti 2019-cu ildə qurulmuş olsa da şirkətimizin həmtəsisçiləri və məsləhətçiləri, 15 il ərzində, neft-qaz, qida, təhsil, bankçılıq, istehsalat kimi sektorlarda uğurlu layihələr ərsəyə gətirmişdir. Rahatlıqla qeyd edə bilərik ki, biz öz xidmətlərimizin keyfiyyətli olduğuna tam əminik və yerli şirkətlərimizin daha effektiv fəaliyyət göstərə bilməsi üçün, öz təşkilati kontekstlərinə uyğun xidmətlər verməyə həmişə hazırıq.

Dəyərlərimiz

Vicdanlı olmaq: Müştərilərimizin ehtiyaclarını dürüst bir şəkildə müəyyənləşdirmək və onlara ancaq fayda verə biləcək xidmətləri göstərmək

Səriştəli olmaq: Maksimum töhfə vermək üçün, öz təşkilati biliklərimizi və qabiliyyətlərimizi müntəzəm olaraq inkişaf etdirmək

Əlavə dəyər yaratmaq: Sadəcə müştəriləmiz üçün deyil, eyni zamanda Azərbaycanın korporativ mühitinin inkişafı üçün faydalı addımlar atmaq

Missiyamız

AMS olaraq əsas missiyamız, şirkətlərə, onların ehtiyac və tələblərinə uyğun, aydın və asanlıqla tətbiq edilə bilən həllər təqdim etməkdir. Verdiyimiz xidmətlərin keyfiyyət səviyyəsinin beynəlxalq standartlara uyğun olması üçün isə mütəmadi olaraq öz ekspertizamızı gücləndirməkdir.

Strateji Baxışımız

Yaxın 2 il ərzində Azərbaycanın korporativ mühitində dayanıqlı şirkət olmaq və beynəlxalq şirkətlərin nümayəndəliklərini və “best practice”lərini özümüzdə cəmləşdirə bilmək.

Komandamız

Konsultantlarımız, insan resurslarının idarə olunması, dəyişikliklərin idarə olunması, biznes proseslərin idarə olunması, layihələrin idarə olunması və strateji idarəetmə kimi sahələrdə 10 ildən çox təcrübəyə malikdir. Əməkdaşlarımız, qida, neft-qaz, tikinti, FMCG, bankçılıq, sığorta, təhsil və istehsalat kimi sektorlarda müxtəlif layihələrdə fəaliyyət göstərmiş və zəngin ekspertizaya yiyələnmişdir. Komandamızın üzvləri IPMA, CIPD, SHRM və SPHR kimi beynəlxalq sertifikatlara malikdir və öz biliklərini mütəmadi olaraq yeniləmək üçün, müxtəlif beynəlxalq testlərdən keçirlər.